"Arsenal" sürprizə imkan vermədi - VİDEOLAR

Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, günün ilk oyununda “Lokomotiv” “Atletiko”nu qəbul edib.

 

İlk matçda Madriddə böyük hesabla uduzan (0:3) Moskva təmsilçisi növbəti mərhələyə adlamaq üçün möcüzə etməliydi. Lakin ruslar ev oyununda daha biabırçı hesabla uduzaraq, Avroliqa ilə vidalaşıblar. 

 

Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olmuş “Atletiko” isə ilk 1/4 finalçı olub.

 

Mərhələnin ən maraqlı oyunlarından biri Londonda baş tutub. İlk oyunda səfərdə "Milan"a 2:0 hesabıyla qalib gələn “Arsenal” 1/4 final mərhələsinin bir addımlığındaydı. Cavab matçında hesabı İtaliya klubu açsa da, sonradan əzmkar qələbəyə imza atan London təmsilçisi sürprizə imkan verməyib.

“Marsel” doğma meydanda məğlub etdiyi “Atletik”in qonağı olub. İspaniya klubu məğlubiyyətin əvəzini çıxmağı bacarmayıb. Səfərdə də qələbə qazanan fransızlar növbəti mərhələyə yüksəliblər.

 

Daha bir maraqlı görüş Fransanın digər təmsilçisi - “Lion”la Moskva ÇSKA-sı arasında baş tutub. Rusiya paytaxtındakı ilk oyunda minimal hesabla uduzan “hərbçilər” səfərdə möhtəşəm əzmkarlıq nümayiş etdiriblər və 3:2 hesabıyla qalib gəlməklə, 1/4 finala yüksəliblər.

 

Doğma meydanda baş tutmuş ilk oyunda 2 cavabsız qolla qalib gələn “Sportinq” “Viktoriya” ilə cavab matçında bu üstünlüyü əldən verib. Lakin əlavə vaxtda 1 qol vuran Lissabon klubu çətinliklə də olsa, mərhələ adlayıb.

 

Digər oyunlarda isə “Latsio” Kiyev “Dinamo”sunu, “Leytpsiq” “Zenit”i, “Zalsburq” da Dortmund “Borussiya”sını üstələyərək, 1/4 finala çıxıb.

 

Lokomotiv (Rusiya) - Atletiko (İspaniya) 1:5 (ilk oyun 0:3)

Qol: Ribus, 20 - Korrea, 16. Saul, 47. Torres, 65-pen; 70. Qrizmann, 85.

Viktoriya (Çexiya) - Sportinq (Portuqaliya) 2:1 (0:2)

Qol: M.Bakoş, 6; 65 - Battalya, 105.

Atletik (İspaniya) - Marsel (Fransa) 1:2 (1:3) 

Qol: Villiams, 74 - Payet, 38-pen. Okampos, 52.

Zenit (Rusiya) - Leyptsiq (Almaniya) 1:1 (1:2)

Qol: Driussi, 45 - Auqustin, 22.

Dinamo (Kiyev, Ukrayna) - Latsio (İtaliya) 0:2 (2:2)

Qol: Leyva, 23. De Vriy, 83.

Arsenal (İngiltərə) - Milan (İtaliya) 3:1 (2:0)

Qol: Uelbek, 39-pen; 86. Caka, 71 - H.Çalhanoğlu, 35.

Zalsburq (Avstriya) - Borussiya (Dortmund, Almaniya) 0:0 (2:1)

Lion (Fransa) - ÇSKA (Rusiya) 2:3 (1:0)

Qol: Korne, 58. Dias, 71 - Qolovin, 39. Musa, 60. Vernblum, 65.

 

Lokomotiv (Rusiya) - Atletiko (İspaniya) 1:5


Viktoriya (Çexiya) - Sportinq (Portuqaliya) 2:1

Atletik (İspaniya) – Olimpik (Marsel, Fransa) 1:2

Zenit (Rusiya) - Leyptsiq (Almaniya) 1:1

Dinamo (Kiyev, Ukrayna) - Latsio (İtaliya) 0:2

Arsenal (İngiltərə) - Milan (İtaliya) 3:1

Olimpik (Lion, Fransa) - ÇSKA (Moskva, Rusiya) 2:3

Zalsburq (Avstriya) - Borussiya (Dortmund, Almaniya) 0:0

 

Tarix: 16 Mart 08:00    Oxunub: 108    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Aprel 2018
22 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.