Onlar Rusiyadakı dünya çempionatında iştirak etməyə bilər

İngiltərə millisi dünya çempionatında iştirak etməyə bilər.

 

Sportinfo.az xəbər verir ki, bu haqda Böyük Britaniya baş naziri Tereza Mey köhnə rus casusu Sergey Skripal ilə qızı Yuliyanın zəhərlənməsində Rusiya dövlətini günahkar bilərək dünya çempionatına qatılmayacaqlarını bildirib.

 

O, qeyd edib ki, Rusiya ilə dialoqu tamamilə kəsmək beynəlxalq maraqlara zidd olsa da, ancaq üst səviyyədə əlaqələr kəsiləcək.

 

Böyük Britaniya baş naziri Rusiya Xarici İşlər naziri Sergey Lavrovun İngiltərəyə ziyarətinin ləğv olunduğunu və yerli hökumətdən heç bir nazirin və kral ailəsindən heç kimin Rusiyadakı dünya çempionatına qatılmayacağını söyləyib.

 

Ötən həftə Böyük Britaniya Xarici İşlər naziri Boris Conson da Rusiyanın sözügedən əməldə cinayəti sübuta yetirilərsə, dünya çempionatını boykot edəcəklərini bildirib.

 

Britaniyanın Leyboristlər Partiyasının deputatı Con Vudkok isə bildirib ki, İngiltərənin dünya çempionatında iştirakı sual altındadır. 

Tarix: 14 Mart 21:00    Oxunub: 184    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.