FİFA bu ölkəni beynəlxalq turnirlərdən kənarlaşdıracaq?

FİFA Yunanıstanı PAOK və PEK klubları arasında matç zamanı baş vermiş hadisədən sonra komandaları beynəlxalq turnirlərdə iştirakdan kənarlaşdıracağı ilə hədələyib.

 

Sportinfo.az xəbər verir ki, FİFA bunu BBC-nin jurnalisti Riçard Konvey bildirib.

 

Qeyd olunur ki, beynəlxalq futbol qurumu adiyyəti orqanlar milli çempionatların problemsiz keçirilməsinin təmin edilməsi və zorakılığın qarşısının alınması üçün lazımi tədbirlər görməyəcəyi təqdirdə həmin ölkələrə qarşı sankisyalar tətbiq etməyə hazırdı.

 

Martın 11-də PAOK AEK-lə oyunun son dəqiqəsində hesabı açıb. Lakin hakimlər oyundankənar epizod qeydə alaraq qolu saymayıblar.

 

Bu zaman meydanda qarışıqlıq yaranıb və üzərində tapanca olan İvan Savvidi də meydana daxil olub. Nəticədə matç başa çatdırılmayıb. AEK hazırda 54 xalla 1-ci pillədə qərarlaşıb. PAOK isə 52 xalla 2-ci sıradadır.

Tarix: 14 Mart 20:48    Oxunub: 175    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.