Qurban Qurbanov: "Millidə sürpriz adlar olacaq? Bəli, olacaq, bəzi dəyişikliklər edəcəm"

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın 20-ci turunda səfərdə “Neftçi” ilə bərabərə qalan (0:0) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında sualları cavablandırıb.

 

- Maraqlı oyun alındı. Bircə qol çatışmadı. Ancaq çempionatın ən sürətli oyunu oldu. Həm toplu, həm də topsuz hər iki komanda çox aktiv oyun sərgilədi. “Neftçi” yaxşı forma yığıb. Bu komandaya uğurlar arzulayıram. Azarkeşlər də sona kimi komandalarını dəstəklədilər. Komandamın oyunundan razı qaldım.

 

Sanki Şehiç rəqibi öz üzərinə çəkməyə çalışırdı...
- Bizim bütün oyunlarda belə olur. Ola bilsin, bəzi ötürmələr alınmadı. Biz həmişə çalışırıq ki, Şehiç rəqib hücumçuları öz üzərinə çəksin.

 

İkinci hissədə “Qarabağ”ın verilməyən penaltisi var idi. Bu barədə Ramil Şeydayevlə danışdız?
- Belə hallar olur. Bu barədə əlavə danışmağa ehtiyac yoxdu.

 

Komanda sanki ikinci hissədə geriyə oturdu.
- “Neftçi”nin oyununu qeyd etməliyik. Sona kimi tempi aşağı salmadılar. Qalib gəlmək istəyirdilər. Rəqib bizə imkan verdiyi qədər oynadıq. Rəqib çox istəkli idi. “Neftçi” üçün də çətin anlar oldu. 

 

Çempionatın səviyyəsi barədə fikirlərinizi bildirərdiz.
- Yaxşıdı. Qış fasiləsindən sonra komandalar yaxşı təsir bağışlayır. Çempionatın ikinci yarısı daha fərqlidi.

 

“Trabzonspor”un Ramil Şeydayevi geri qaytarmaq planı olduğu deyilir...
- Bu məsələyə mövsümün sonunda baxacağıq. Hələ ki, bu barədə düşünmürük. Buna vaxtımız olacaq. Məncə, həm biz, həm də Ramil bu barədə düşünüb, doğru qərar verməlidi.

 

Ufuk Budak milliyə dəvət olunub?
- Bəli, dəvət olub, ancaq zədə aldığından milliyə kömək edə bilməyəcək.   

 

Millinin heyəti nə vaxt açıqlanacaq?
- İnşallah, “Sumqayıt” - “Kəpəz” oyunundan sonra. Həmin matçdan sonra heyəti tam müəyyənləşdirəcəm. Bu oyuna canlı baxa bilməsəm də, evdə izləyib, son qərarı verəcəm.

 

Millidə sürpriz adlar olacaq?
- Bəli, yeni futbolçular olacaq. Bəzi dəyişikliklər edəcəm. 

Tarix: 14 Mart 20:36    Oxunub: 433    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.