Emin Abbasov: "Mən belə şeyləri unudan adam deyiləm"

Ötən ilin sonunda “Xəzər”in baş meneceri təyin olunan Gündüz Abbaszadə buna qədər çalışdığı “CBC Sport” telekanalından ayrıla bilər.

 

Təyinat rəsmiləşən vaxt Abbaszadənin paralel olaraq telekanalda şərhçiliyə davam edəcəyi açıqlansa da, bunun şahidi olmuruq.


Belə ki, onun bu addımı “CBC Sport” rəhbərliyinin ürəyincə olmayıb. Nəticədə Abbaszadə son vaxtlar Azərbaycan çempionatı ilə yanaşı, əvvəllər şərhçilik etdiyi İtaliya A seriyası və Türkiyə Kubokunun görüşlərinə də təyinat almır.


Apasport.az məsələ ilə bağlı telekanalın rəhbəri Volkan Üstün münasibətini öyrənməyə çalışıb. O, saytın əməkdaşının zənginə cavab versə də, nə ilə bağlı əlaqə saxladıqlarınə öyrəndikdən sonra səsi eşitmədiyini bildirərək, dəstəyi asıb. 


Maraqlıdı ki, buna qədər “CBC Sport”un başqa əməkdaşları paralel olaraq digər yerlərdə çalışsalar da, telekanaldakı fəaliyyətlərini davam etdiriblər. Elə indinin özündə də AFFA-da, digər federasiyalarda çalışanlar müxtəlif verilişlərə aparıcı kimi qatılır, şərhçilik edirlər. Belə olan halda, Gündüz Abbaszadəyə “Xəzər”ə gedişindən sonra qadağa qoyulması müəmmalı qalıb.


Mətbuatda yayılan digər məlumata görə, eyni qadağa Emin Abbasova da qoyulub. İddia olunur ki, onların hər ikisi haqda hökmü AFFA-nın baş katibi Elxan Məmmədov verib. Cütlüyün AFFA-nın deyil, müstəqil iş adamlarının maliyyələşdirdiyi kluba yollanması Məmmədovun xoşuna gəlməyib. 


"CBC Sport"da mənə efir qadağası qoyulması ilə bağlı məlumat qətiyyən həqiqəti əks etdirmir" - bu sözləri Sportinfo.az-a açıqlamasında sözügedən kanalın şərhçisi və "Xəzər"in icraçı direktoru Emin Abbasov deyib.

 

O, həqiqətin başqa cür olduğunu bildirib: «Telekanalın rəhbəri Volkan bəy həmişə mənə dəstək verib, etimad göstərib. Ötən ilin oktyabr ayından şərhlərə qatılmıram. Çünki klubda işlərim çoxdu. Volkan bəy də, şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərli də şərhdə olmağı təklif eləyiblər mənə.

 

Amma dediyim kimi işlərim çoxdu. Gündüzün durumu barədə bir şey deyə bilmərəm, amma mənim barəmdə belə söz-söhbətlərin olması xoş deyil.

 

Çünki mən "CBC Sport"da yalnız yaxşı münasibət görmüşəm özümə qarşı. Volkan bəyin üzərimdə haqqı az deyil. Mən belə şeyləri unudan adam deyiləm".

 

G.Abbaszadə isə iddia edib ki, bu xəbərlərin mətbuata necə sızmasından xəbərsizdi: «Mən indi bu barədə heç nə danışmaq istəmirəm. Volkan bəylə görüşüm olmalıdı». 

 

Tarix: 14 Mart 20:24    Oxunub: 704    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.