"Əgər mənim gedişim nəyisə dəyişsə, "Zirə"dən gedərəm"

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın XX turu çərçivəsində keçirilən “Zirə” – “Səbail” qarşılaşmasından sonra meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov mətbuat konfransı keçirib. 

 

- Bu oyuna çox köklənmişdik. Qol epizodlarımız çox olsa da, istifadə edə bilmədik. Sadə epizodda cavab topunu buraxdıq. Qarşıda fasilə var. Bundan maksimum yaryarlanmağa çalışacağıq.

 

 Azarkeşlər istefanızı tələb edirdilər. Buna münasibətiniz?
- Təbii ki, ürəkləri yanır. Ancaq bizim qədər onların ürəyi yana biməz. Əgər mənim gedişim nəyisə dəyişsə, gedərəm. Amma rəhbərliklə də söhbətimiz olub. Çalışacağıq vəziyyətdən çıxaq.

 

 Futbolçularınız çoxsaylı qol epizodlarını boşa verdi. Bəlkə onları istefaya göndərmək lazımdı?
-  Əvvəlki oyunarda da olub ki, qol epizodlarını qaçlrsaq da, sonradan toparlana bilmişik.

 

Uzun müddət qalib gəlməyəndə, komanda barəsində “bir qələbə lazımdı” deyimi işlənir.
- Razıyam, müəyyən gərginlik var və 1 qələbəyə ehtiyacımız var.

 

Urdinovun oyunu barədə fikriniz?
-  Onun oyunundan razı qaldım.

 

Fasilə zamanı 1 yoxlama oyunu ilə kifayətlənəcəksiniz?
-    Bəli, yalnız “Səbail”lə yoxlama görüşü bizim üçün yetərli olacaq.

Tarix: 14 Mart 19:36    Oxunub: 362    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.