Pep “Yuventus”un hücumçusu Paulo Dibalaya göz dikib

İngiltərə Premyer Liqasında rəqiblərini bir xeyli geridə qoyan “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola gələcəklə bağlı planlar qurmağa başlayıb.

 

Sportinfo.az xəbər verir ki, uzun müddət “şəhərlilər”in “sükanı arxasında” qalmağı planlaşdıran ispaniyalı mütəxəssis komandanın hücum xətti ilə bağlı yeni planlar cızır.

 

İngiltərə mətbuatında yer alan məlumata görə, Pep hazırda komandanın əsas hücumçusu olan Serxio Aqueronun gələcəkdə ayrılmaq ehtimalına qarşı digər argentinalı futbolçu, “Yuventus”un hücumçusu Paulo Dibalaya göz dikib.

 

Qvardiola qarşıdakı 5 ildə komandanın hücum xəttində Dibala və Qabriel Jezusa güvənmək fikrindədi.

 

“Mançester Siti” Dibalanın transferi üçün 200 milyon avro ödəməyə hazırdı. İngiltərə mətbuatında yer alan məlumata görə, Mançester təmsilçisinin rəhbərliyi artıq cari mövsümün sonundan 24 yaşlı hücumçunun keçidi ilə bağlı “Yuve” ilə danışıqlara başlamağı planlaşdırır.

Tarix: 14 Mart 19:24    Oxunub: 180    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.