İslandiya əhalisinin 20 faizi DÇ-2018 üçün Rusiyada

İslandiya əhalisinin 20 faizi ölkələrinin milli komandasını 2018-ci il dünya çempionatında dəstəkləmək üçün Rusiyaya gələcək.

 

Sportinfo.az xəbər verir ki, bu barədə TASS-a İslandiya Futbol Assosiasiyasının prezidenti Qundi Berqsson açıqlama verib.

 

O, deyib ki, ölkəsi üçün ayrılan biletlərin 80 faizi satılıb: “İslandiya millisinin dünya çempionatındakı azarkeşləri Avropa çempionatındakından az olmayacaq. Ölkə əhalisinin 20 faizə yaxını mundiala gələcək.

 

Bəziləri hətta bir oyun üçün məzuniyyətlərini Rusiyada keçirməyi planlaşdırırlar. Bu, çox gözəldir. Əminəm ki, Rusiyaya gedənlər oranın təbiətindən maksimum zövq alacaqlar və yerli əhalinin qonaqpərvərliyini görəcəklər”.

 

İslandiya əhalisinin sayı 330 min nəfərdi. Dünya çempionatının oyunları 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək. İslandiyalılar Argentina, Xorvatiya və Nigeriya yığmaları ilə birgə D qrupunda yer alıblar.

Tarix: 14 Mart 19:12    Oxunub: 137    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.