"Kəpəz"in qəfil sıçramaq şansı qalır – "Sumqayıt" öz yolunda

«Sumqayıt» mobil oynamaq üçün əsas qazanıb.

 

Bu məqamda məşqçi korpusunun və klubu yönəldənlərin vahid komanda kimi əldə olan oyunçuların potensial imkanınından maksimum istifadə etməyə başlamasıdı.

 

Əlbəttə, Samir Abasovun daha çox arxa planda oyuna üstünlük verməsi, hətta autsayderlərlə oyunlarda belə, birinci planda oynamağa cəhd göstərmədən təzyiqi bir qədər geniş aspektdə yayması sual doğura bilər. Çünki hədəf Avropa kuboklarıdısa, birmənalı şəkildə oyun formatında dəyişiiklik edilməlidi.

 

Əks təqdirdə, ən yaxşı halda Avroliqada 1 mərhələ ilə kifayətlənən komanda üçün difiramblar yazılacaq, bu da onu uçuruma yuvarlamağa başladacaq və onları da «Zirə»nin aqibəti gözləyəcək. Sumqayıtlılar indidən bəzi məqamlarda fərqli formatları da sınaqdan çıxarmağa başlamalıdı.

 

Bunun üçün ölkə kuboku urunda ötən mərhələnin oyunları əsl nümunədi. Amma qış fasiləsindən sonra bunu müşahidə etmək olmur. Axı mminmal vəzifə üçün çalışmaq həmişə kifayət etmir.


Autsayderlər üçün də vəziyyət dəyişməyib. «Kəpəz» qələbə sevincini yaşadıqdan sonra yenə də ləngər vurur. «Keşlə» də həmçinin təzadlı oyunları – gah yaxşı, gah da pis nəticələri elə oyunu ilə də göstərir. Bu isə kollektivin son illərdəki cəzasından çıxmaq üçün hələ çox səy göstərməli olduğunu bir daha nümayiş etdirir.

 

Hələlik hər üç kollektiv üçün heç nə həll edilməyib. «Kəpəz»in qəfil sıçramaq şansı qalır. Amma qeyri-sabitlik Yunis Hüseynova maneədi. Bu səbəbdən əgər çempionatın gələn mövsümü ilə bağlı başqa qərar verilməsə, hələlik həm turnir cədvəlindəki mövqeyi, ən əsası oyunu ilə Gəncə təmsilçisi aşağı diviziona yuvarlanmağa əsas namizəddi.

 

«Kəpəz»lə «Sumqayıt»da ötən illə müqayisədə çox şey dəyişib. Daha doğrusu, ikincilər Gəncə təmsilçisi ilə müqayisədə bir qədər optimal hazırlıqlı görünür. Çünki «Kəpəz»də baş verən transfer və oyun siyasətinin təməli hələ oturuşmayıb. Belə olmadıqda, hər hansısa sabitlikdən bəhs etmək düz deyil.


Turdan-tura irəlilədikcə, ümumi mənzərə daha çox aydınlaşmağa, bununla belə, çempionatda milli futbolun Qordi düyünü vurulmağa başlanır. Onun isə bir həll yolu qalır: qəti qərar vermək.


Xəzər Hikmət

Tarix: 14 Mart 19:00    Oxunub: 249    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.