"Hamıya təminat verirəm, Cengizin önündə parlaq gələcək var”

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Şaxtyor”u 1:0 hesabıyla məğlub edərək mərhələ adlayan “Roma”nın baş məşqçisi Eusebio Di Françesko oyunla bağlı fikirlərini bildirib.

 

Sportinfo.az xəbər verir ki, italyan mütəxəssis cavab matçında ilk oyundakı səhvləri etmədiklərini deyib:

 

“İlk oyunda çox səhv etdik. Ancaq bu matçda həmin səhvləri minimuma endirdik. Paltardəyişmə otağındakı ab-hava çox xoşuma gəldi. Bu oyunda komanda olaraq zəfər qazandıq.

 

Futbolçularıma meydandakı xarakterlərinə görə 10 ballıq şkala ilə 10 verərdim. Oyunlarını isə 6,5 balla qiymətləndirərdim. Taktiki cəhətdən tam olmasa da, istədiklərimi verməyə çalışdılar”.

 

Di Françesko komandanın türkiyəli futbolçusu Cengiz Ünder barədə də danışıb. Mütəxəssis gənc yarımmüdafiəçinin gələcəyinin parlaq olduğunu deyib:

 

“Cengiz Ünder hələ çox gəncdi. Futbolçular həmişə ən yaxşı oyunlarını sərgiləyə bilmirlər. Fiziki olaraq bu, mümkün deyil. Hamıya təminat verirəm, Cengizin önündə parlaq gələcək var”.

Tarix: 14 Mart 18:36    Oxunub: 246    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.