Görün, Araz Abdullayevdən nə qədər qazanmaq istəyirlər!

"Anortosis”də çııxış edən Araz Abdullayevin müqaviləsi mövsümün sonunda başa çatacaq. 
 
25 yaşlı yarımmüdafiəçi ötən yay "Qəbələ”dən icarəyə götürülüb və bu səbəbdən Famaqusta təmsilçisi millimizin üzvünü transfer etmək barədə qərar verib.
 
Arazın oyunundan razı qalan "Anortosis” bu keçidi reallaşdırmaq niyyətindədi. "Qəbələ” Kipr klubundan bu transfer üçün 150 min avro tələb edib. "Anortosis” də bu məbləği ödəmək fikrindədi.
 
Sportinfo.az xəbər verir ki, Kipr mətbuatı bu əməliyyatla bağlı növbəti iddia irəli sürüb. Yerli şəmkardarımız "Anortosis”in Abdullayevin transfer hüququna yiyələnib, gələn qış satmağı planlaşdırdığını yazıb.
 
Famaqusta klubunun rəhbərliyi əmindi ki, Araz bu cür çıxışını sürdürsə, növbəti mövsüm bahalı və real alıcıları tapılacaq. Təxmini rəqəilər də hallanır – ada təmsilçisi Arazdan 400 min avro qazanacağını düşünür.
Tarix: 14 Mart 18:12    Oxunub: 547    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.