"Təmiz ovsun idi, böyük pulları və superulduzları olan komandanı..."

“Sevilya”nın prezidenti Xose Kastro Karmona Çempionlar Liqasının 1/8 finalında “Mançester Yunyated”i mübarizədən kənarlaşdırmlarına münasibət bildirib.

 

Sportinfo.az xəbər verir ki, Karmona böyük pulları olan komandaya qalib gəldiklərini deyib.

 

O, bunun sehrli qələbə olduğunu vurğulayıb: “Tarixi axşam oldu. Təmiz ovsun idi. Biz böyük pulları və superulduzları olan komandaya qarşı oynadıq. Və bu oyunda onlardan yaxşı idik”.

 

“Sevilya” iki oyunun nəticəsinə görə, 1/4 finala adlayıb - 0:0, 2:1. “Seviliya” 60 ildə ilk dəfə Avropanın ən nüfuzlu klub turnirinin 1/4 finalına vəsiqə əldə edib.

Tarix: 14 Mart 17:48    Oxunub: 206    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.