"ÇL-da yarımfinala çıxsa, himni əzbər oxuyacam"

“Roma”nın idman direktoru Ramon Rodriges komandanın Çempionlar Liqasında 1/4 finala yüksəlməsinə münasibət bildirib.

 

Sportinfo.az xəbər verir ki, “Monçi” ləqəbli ispaniyalı futbol funksioneri maraqlı fikirlər səsləndirib. O, yarımfinala çıxacaqları təqdirdə klubun himnini əzbərləyəcəyinə və oxuyacağına söz verib:

 

“Çox əziyyət çəkdik. Amma artıq yarımfinal haqda düşünə bilərik. Çox xoşbətəm. Ağır işimizin qarşılığında bu cür nəticə qazanmaq qürurvericidi.

 

“Rom” mənim üçün xüsusi klubdur. Çünki bütün futbolçular meydanda ürəklə mübaizə aparırlar. Bu qələbəni azarkeşlərimizə həs edirəm. Onlar belə uğurlara layiqdirlər.

 

Klubun himninin bütün sözlərini bilmirəm. Çox möhtəşəm mahnıdır. Yarımfinala çıxsaq, söz verirəm ki, himni əzbər oxuyacam”.

 

“Roma” dünən Çempionlar Liqasının 1/8 finalında “Şaxtyor”u 1:0 hesabı iləməğlub edərək, adını növbəti mərhələyə yazıdırıb.

Tarix: 14 Mart 17:36    Oxunub: 173    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.