"Mourinyoya ödəniləcək vəsait dövlət büdcəsindən ayrılacaq qanlı puldu"

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyonun DÇ-2018-də Rusiya telekanalı RT ilə əməkdaşlıq müqaviləsi bağlaması britaniyalı parlamentarilərin narazılığına səbəb olub.

 

Sportinfo.az xəbər verir ki, parlamentari Krisa Braynt bildirib ki, Mourinyoya ödəniləcək vəsait birbaşa dövlət büdcəsindən ayrılacaq qanlı puldu.

 

Leyborist Stiven Douti də Jozeni günahlandırıb: “Məşhur idmançılar, məşqçilər, şərhçilər yaxşı-yaxşı düşünməldilər. Onlar Vladimir Putinin təbliğat maşınının bir hissəsi olmamalıdılar”.

 

Sabiq kəşfiyyatçı Sergey Skripalın zəhərlənməsindən sonra İngiltərə siyasətçiləri Rusiyada keçiriləcək dünya çempionatının boykot olunmasına çağırış ediblər.

Tarix: 14 Mart 16:36    Oxunub: 248    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.