Azərbaycanın həvəskar klubu Afrikadan futbolçu transfer etdi

Həvəskarlar Liqasında çıxış edən "Bərdə" növbəti transferini reallaşdırıb.
 
Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi Traore Sekou ilə müqavilə imzalayıb.

 

Mərkəzi Afrikalı futbolçu artıq "Play-off" mərhələsinə hazırlaşan "ağ-yaşıllılar'ın sıralarına qoşulub. Hücumcu ilə 1 illik müqavilə imzalanıb.

 

Traorenin nömrəsi də bəlli olub. O "Bərdə"də 11 nömrəli forma ilə meydana çıxacaq. Bir müddət öncə bölgə təmsilçisi kamerunlu futbolçu Adamou Dayırou Muchılı ilə də müqavilə imzalamışdı.

 

Tarix: 14 Mart 16:36    Oxunub: 388    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.