Patrondan “Real”a yollanacağı deyilən Neymarla başlı açıqlama

PSJ-nin prezidenti Naser Əl-Xələfi mövsümün sonunda klubdan ayrılaraq “Real”a yollanacağı deyilən Neymarla başlı açıqlama verib.

 

Sportinfo.az xəbər verir ki, bir müddət öncə zədələnən və uzun müddət yaşıl meydanlardan uzaqda qalacaq braziliyalı futbolçu hazırda vətənindədi.

 

Fransa mətbuatında yer alan məlumata görə, Paris təmsilçisinin rəhbərliyi Neymarla görüşmək üçün Braziliyaya yola düşüb.

 

Xəbərdə Əl-Xələfi ilə hücumçu arasında görüşün uğurlu keçdiyi, futbolçunun PSJ-də qalmaq qərarı verdiyi qeyd edilib.

 

Məsələylə bağlı Əl-Xələfi Fransa mətbuatına açıqlama verib. O, Neymarın PSJ-də xoşbəxt olduğunu, komandada qalacağını deyib:

 

“Neymar xoşbəxtdi və komandaya geri dönməyi səbirsizliklə gözləyir. Ən qısa müddətdə yaşıl meydana qayıtmaq üçün əlindən gələni edir”.

Tarix: 14 Mart 16:12    Oxunub: 234    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.