Vinçesterin əzələsində yırtıq, Zərgərovun baldırında dartınma və qopma var

Premyer Liqanın 20-ci turunda səfərdə “Sumqayıt”la qarşılaşacaq “Kəpəz” bu oyuna itkilərlə çıxacaq. 

 

Sportinfo.az xəbər verir ki, bu gün səhər saatlarında keçirdiyi məşqlə qarşıdakı matçın hazırlıqlarını tamamlayan komandanın heyətində Samir Zərgərovla Şadon Vinçester zədəlidi.

 

Ötən tur “Qəbələ” ilə matçda sıradan çıxan futbolçuların zədəsi ciddidi və bu oyunçular səfər oyununda meydana çıxa bilməyəcəklər.

 

Klubun tibbi personalından klub saytına verilən məlumata görə, Vinçesterin əzələsində yırtıq, Zərgərovun baldır-ayaq oynağının bağında dartınma və hissəvi qopma var.

 

Futbolçuların durumu həkim nəzarəti altındadı, onların müalicə prosesi gələn ayın əvvəlinə kimi davam edəcək.

Tarix: 14 Mart 16:00    Oxunub: 175    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.