Abbasovun yararsız legionerləri və psixoloji basqının dəf olunması

18-ci turdan danışarkən, «Zirə»nin məğlubiyyətləri və məğlubiyyətə bərabər heç-heçələri ciddi müzakirə mövzusu olmalıdı.
 
Əslində, komanda çox doğru qərarla özünü tam fərqli aspektdə təqdim etmək üçün səfərbər olunmağa cəhd göstərib.
 
Burda müsbət məqamlar çoxdu. Lakin bu müsbətlərin ən çatışmayan cəhəti məşqçi korpusunun bu heyəti ərsəyə gətirmək üçün yetərincə çevik ola bilməməsidi. Hərçənd bir çox məsələlərdə qərarlar da doğru verilir.
 
Lakin çatışmayan cəhət məhz belə anlarda xətlərarası əlaqələrin qəfil qırılmasıdı. Bu barədə xüsusi qeydlərimiz də olacaq. Lakin hələ ki, əsas təqib etdiyindən uzaqlaşıb, təqibçisinin – «Sumqayıt»ın ona yaxınlaşmasına imkan verən «Zirə»nin avro-şanslarının qalmasıdı.
 
Fürsətdən faydalanan «Sumqayıt» evdə «Qarabağ»la «sülh paktı» bağlayıb, liderlər qrupuna doğra bir addım daha atdı. İndi «Sumqayıt»la «Zirə»ni bir-birindən 1 xal ayırır. Qış fasiləsindən sonra sıralanan uğursuz seriya Ayxan Abbasov barədə fikirləri dəyişib.
 
Onadək güman bu idi ki, «Zirə» avrokubok dövründən də bir qədər irləi gedib və bişmiş komandaya çevrilməkdədi. Yeni ilədək keçirilən bir çox oyunlarda bunu əyani görmək olurdu. Hətta bir qədər vəziyyət düzgün qiymətləndirilsəydi,
 
Bakı klubu üçüncü dövrənin geridə qalan turlarında nəyəsə ümid edə bilərdi. Əvvəlki dövrlərə nəzərən, oyunun əsas yükünün orta zonaya yönəldilməsinə nail olmuş «Zirə» üçün mühüm məsələ, heç olmasa, ikiplanlı oyun xəttinə nail olmaq idi ki, Abbasovun etdiyi transferlər hər şeyi korladı. Yani Urdinov və Aleksandr Dedov kimi «birayaqlı» legionerlər nəyə lazımdı? Seleksiya işində qaçhaqov baş verməsəydi, komandanın inkişafından bəhs etmək olacaqdıq indi.
 
Mövsümün ən hazırlıqlı klubları sırasında «Zirə»nin öz yeri var idi. Lakin avrokubok oyunlarında debütant olsa da, öz imkanları həddində çıxış edə bilmədi. Hərçənd həmin qarşılaşmalar «Zirə»nin ölkə çempionatına tam hazırlıqlı qoşulmasına kömək etdi.
 
Son 5 həftədə paytaxt təmsilçisinin turdan-tura kompakt oyun elementlərini yadırğamasını müşahidə etməkdəyik. Bu vəziyyətin nə qədər davam edəcəyi indi günün məsələsinə çevrilib. Çünki bir sıra xroniki problemlər əyani görünür.
 
Birinci məsələ komandanın hələ də Abbasovun nizam-intizam sarıdan böyük boşluqlara yol verməsi, özünün də həmin «mərəz»ə tutulması və bundan dolayı mətbuatın psizxoloji basqısı altında qalıb inləməsidi.
 
Əgər hədəf gələn ilin də Avropa arenasıdısa, bir sıra prinsiplərdə dəyişikik baş verməlidi. Hətta üzümüzə gələn yaya qədər bunu təkamüllə yüksəltmək də olar. 
 
MUSA 
Tarix: 14 Mart 15:36    Oxunub: 317    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.