Borcunu bağlasa da, pullarını geri istədi, keçmiş klubunu məhkəməyə verdi

"Fənərbağça"nın futbolçusu Matyö Valbuena keçmiş klubu Fransa "Marsel"ini məhkəməyə verib.

 

Sportinfo.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi üst-üstə 618 min avro tələb edir.

 

Bu məbləğdən 568 min avrosunu fransalı oyunçunun keçmiş agenti Kristof Yuttoya ödədiyi, 50 min avrosu isə ona dəyən mənəvi ziyandı.

 

Valbuenanın iştirakı ilə qalmaqal 2014-cü ilin yayında "Marsel"dən Rusiyanın "Dinamo" (Moskva) klubuna keçdiyi vaxt baş verib. Oyunçu agentinə pulu, transferini yay pəncərəsinin sonunadək yekunlaşdıracağı təqdirdə ödəməli imiş.

 

Lakin transfer baş tutsa da, o, həmin vəsaiti ödəməyib. Nəticədə agentinə olan borc üzündən Valbuenanın "Porsche Cayenne" markalı avtomobili məhkəmə tərəfindən müsadirə olunub. Sonradan Valbuena borcunu bağlasa da, pullarını geri istəyib.

 

Təcrübəli oyunçunun sözlərinə görə, "Marsel"in prezidenti Vensan Labrün transferin gerçəkləşdiyi vaxt klubun agentə lazımi miqdarda vəsaiti futbolçunun mükafatları hesabına ödəcəyinə dair şifahi öhdəlik götürüb. 

 

Məhkəmə ilk iddia ərizəsini rədd edib. İşlə bağlı qərar iyunun 13-də çıxarılacaq. Valbuena 2006 - 2014-cü illərdə çıxış etdiyi "Marsel"dən Moskva "Dinamo"suna, 2017-ci ilin iyununda isə "Fənərbağça"ya keçib. O, "sarı-lacivərdlilər"in heyətində 15 oyuna 5 qol vurub. 

Tarix: 14 Mart 15:24    Oxunub: 221    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.