"Zaqatala"nın futbolçusuna 3 oyunluq cəza, 240 manat cərimə

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

 

Sportinfo.az xəbər verir ki, əvəzedici heyətlərin XIX turunun “Qarabağ” – “Zirə” matçında “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 400 manat cərimə olunub.

 

I Divizionun XVII turunun “Zaqatala” – “Xəzər” matçında “Xəzər” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

 

Oyunun 90+2-ci dəqiqəsində “Zaqatala klubunun 5 №-li futbolçusu Sahil Zeynalov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 240 manat cərimə olunur.

 

I Divizionun XVII turunun “Şüvəlan” – “Mil-Muğan” matçında “Şüvəlan” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

 

Oyunun 35-ci dəqiqəsində “Mil-Muğan” klubunun 10 №-li futbolçusu Samir Babayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 240 manat cərimə olunur.

Tarix: 14 Mart 15:12    Oxunub: 236    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.