"Neftçi"dən uzaqlaşdırılan növbəti adamın sirri – GİZLİ FOND YARADIB

Ötən ayın ortasında «Neftçi» prezident dəyişikliyinə getdi.

 

«Sumqayıt»dan \ələn kamran Quliyev bu postda Orxan Hüseynzadəni əvəzlədi.


Yeniliklərin davamı kimi Ceyhun Sultanov da əks marşrut üzrə hərəkət etdi. «Kimyaçılar»ın baş meneceri «ağ-qaralar»ın idman direktoru təyin olundu.


İş başına gələn şəxslərin apardığı islahatlar isə ilk günlərdən başlayıb. Təxmin etmək çətin deyil ki, bu dalğa get-gedə böyük miqyas alacaq və mayda – mövsümün sonunda özünün pik nöqtəsinə çatacaq. 


Adətən, yeni rəhbərlik görəvə gələndə köhnə sistemdən qalmış fiqurlarla çalışmağa az meyl edir. Çalışır ki, öz komandasını ətrafına yığsın. İnam-etibar, tanımaq, bələd olmaq söhbəti var axı. Azərbaycan reallığında isə bu prinsipdən vaz keçmək asan deyil.


İslahatlara akademiyadan start verilib. İdman məsələləri üzrə meneceri Asəf Səfərovla aşağı yaş qruplarında məşqçi işləyən Namiq Bəşirovun ardınca daha bir nəfərin qələmi qırılıb. Bu dəfə əsas komandanın inzibatçısı Pərviz Əhmədova əşyalarını yığışdırmaq tapşırılıb. 


Hazırda əsas komandada 3 inzibatçı var. Belədə yeni rəhbərlik ixtisarları həm də burada aparır. Zahid Məhərrəmov və İlkin İbrahimovla müqayisədə Pərvizin qurban seçilməsi isə təsadüfi deyil.

 

O, 10 ildən çoxdu komandada işləyir. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Neftçi”də çalışarkən işə götürülən Əhmədov onun kadrı kimi tanınır.

 

Amma o, Musayevə yaxınlığına görə işdən uzaqlaşdırılmayıb. Düzdü, Əhmədov PFL prezidenti ilə münasibətlərini inkar etməyib, ondan bu haqda soruşulduqda, «bəli» cavabı verib.


Baş inzibatçının iş yerini itirməsi komandanın üzvlərindən pul toplamasıdı. Belə ki, hakim-inspektor kimi əsasən I Divizion oyunlarına da təyinat alan Pərviz bəy «Neftçi»də hər qələbədən sonra futbolçularının hər birindən 200 manat yığıb.

 

Bu vəsaitin, həmçinin maaşlardan tutulan cərimədən bazasında qeyri-rəsmi fond yaradılıb. Fonda yığılan məbləğın hara xərclənməsi fərqli-fərqli şübhələr yaratdığından, Əhmədov vəzifədən götürülüb. 

 

O, fond yaratdığını təkzib etməyib. Yığılan vəsaitin isə «gözlənilməz xərclər»in qarşılanması üçün nəzərdə tutulduğunu bildirib. Belə ki, bir neçə azarkeş şəxsi ehtiyacı üçün futbolçulardan yardım istəyib. Həmçinin klubun bir neçə aztəminatlı əməkdaşının, məşqçi və futbolçusunun fonddan yararlandığını söyləyib.

 

Bundan qabaq söz gəzirdi ki, fond ideyasını Tərlan Əhmədov gerçəkləşdirib. Həmin şayiəni yayanların məqsədi o idi ki, bu adla baş məşqçinin görəvinə son qoyulsun. Ən yüksək səviyyədə aparılan araşdırma Əhmədovun bu işlərlə məşğul olmadığını üzə çıxarıb. 

 

SPORTİNFO.AZ

Tarix: 14 Mart 15:00    Oxunub: 730    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.