4000 AZN və “Qəbələ”yə dəymiş ziyanı “Kəpəz” ödəyəcək

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

 

Sportinfo.az xəbər verir ki, iclasda Topaz Premyer Liqasının XIX turunda baş verənlər müzakirə olunub.

 

“Kəpəz” – “Qəbələ” matçı başa çatdıqdan sonra qonaq komanda stadion ərazisini tərk edərkən yerli azarkeşlər tərəfindən klubun avtobusunun şüşəsi sındırılıb.

 

“Qırmızı-qaralar”ın təhlükəsizliyini tam təmin etmədiyinə görə Gəncə klubu 4000 manat cərimə olunub.  Qəbələ klubunun dəymiş ziyana uyğun olaraq təqdim edəcəyi hesabı da “Kəpəz” ödəməli olacaq.

Tarix: 14 Mart 14:48    Oxunub: 214    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.