"Ermənistan yığmasından zəng gələndə çox təəccübləndim"

Argentinanın “Urakan” klubunun futbolçusu Norberto Briasko Ermənistan yığmasından təklif alıb.

 

Sportinfo.az xəbər verir ki, Buenos-Ayresdə doğulan 22 yaşlı futbolçunun anası ermənidi.

 

O, ermənilərin istəyinə müsbət cavab verdiyini bildirib: “Çox şadam ki, məni dəvət ediblər. Ermənistan yığmasından dəvət almağım karyeramda önəmli məqamdı.

 

Onlardan zəng gələndə çox təəccübləndim. Amma müsbət cavab verdim. Mən özümü erməni sayıram. Çünki anamın valideynləri ermənidi. Bu dəvəti agentimlə müzakirə etdim. O isə dedi ki, bu şansdan mütləq istifadə etməliyəm”.

Tarix: 14 Mart 14:36    Oxunub: 388    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.