"Neftçi" - ölkə futbolundakı təzadların aynası

Ölkə elitar futbol klublarının Premyer Liqasında ötən iki həftə ərzində iki təzadlı tur da geridə qaldı.

 

Təzadlarla zəngin olduğu üçün turnir cədvəli baxımından çox maraqlı hadisələr bir-birini təqib etdi.

 

18-ci turda bütün oyunlar bukmeyker sayğacı ilə başdan ayağa tərs tur oldu. Heç bir cütdə favorit qalib gələ bilmədi.


Deməli, iki iddialı klub da yenə xal itirdi. Lakin bu itkilərdən qazanan bir daha çempionluğa inamla irəliləyən «Qarabağ» qazandı. Çünki bundan sonrakı hər tur rəqiblərinin itkisi də qazancı olan Ağdam klubu üçün qələbənin qiyməti ikiqat artır.


“Neftçi” keçən tur “Keşlə”ni qonaq etdi və mücadilə meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşdı. 
Qarşılaşma tərəflər arasında 54-cü görüş olub. Bu matça qədər “Neftçi” 26 qələbə qazanıb, 14 heç-heçə etmişdisə, 13 oyunda “Keşlə” (əvvəlki “İnter”) 3 xala sevinib.


İkili rəqabətdə son 9 matçda rəqibinin qapısına qol vurmağı bacarmış “ağ-qaralar”, son 5 oyunda qalib gəlmişidi. Bu oyundakı qələbə ilə Tərlan Əhmədovun komandası qol vurmaq seriyasını 10, qələbə seriyasını isə 6 oyuna çıxarıb.


19 oyundan sonra aktivində 26 xal olan “Neftçi” 5-ci, “Keşlə” isə 15 xalla 7-ci pillədə qərarlaşıb. Bu gün isə “Qarabağ”la “Neftçi” XX tur çərçivəsində qarşılaşacaq. Tərəflər bu vaxta qədər 70 çempionat oyununda üz-üzə gəlib.


Bu görüşlərdən 18-də “Neftçi”, 27-də isə “Qarabağ” qələbə qazanıb. 25 oyunda isə tarazlıq pozulmayıb. Top fərqi də ağdamlıların xeyrinədi – 77:63.


Bu mövsümün ilk hissəsindəki oyunlara gəlincə, “Neftçi” hər iki görüşdə meydanı məğlub tərk edib. “Ağ-qaralar” öz meydanında 1:3, səfərdə isə 0:1 hesabına üzülüb.


«Neftçi»dən söz salarkən, hələ də komandanın axtarışlarda olmasını qeyd etməliyik. Deməli, bu gedişlə də hələ dəyişikliklərin qəti zəfər çaldığını söyləmək tezdi.

 

Kollektiv psixoloji sədləri dəf edə bilməyib və birinci gündəmdə olan məsələ də budu. Halbuki bəlkə də qış fasiləsində baş verənlərin geniş əks-sədaya səbəb olmasaydı, bu məsələ arxada qalardı.

 

Üstəlik, rəhbərlikdə baş verən dəyişiklik də sözünü deyir. Oyun planında komandanın yay fasiləsində də dəyişməli olduğu aşkar görünür. Təsviri incəsənətə müraciət etsək, «Neftçi» bu gün ölkə futbolundakı təzadların aynasına çevrilib.

 

Komanda oyunu ilə orta zonada möhkəmlənsə də, daha yuxarı məqsədlər üçün öəzən meydandankənar iş prinsiplərinə də diqqət etməlidi.

 

ELNUR

Tarix: 14 Mart 14:12    Oxunub: 346    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.