Silahlı prezidentin üzrü: "Hisslərim məni buna məcbur etdi"

Yunanıstan Super Liqasının AEK-lə ev oyununda meydana silahla daxil olaraq gündəmə gələn PAOK-un prezidenti İvan Savvidi üzrxahlıq mesajı yayımlayıb.

 

Sportinfo.az xəbər verir ki, 50 yaşlı klub prezidenti meydana silahla çıxmaqda pis niyyətinin olmadığını bildirib:

 

“Bütün PAOK, yunan və dünya futbol azarkeşlərindən üzr istəyirəm. Etdiyim hərəkətə görə təəssüf edirəm. Meydana elə girməyə haqqım yox idi. Hisslərim məni buna məcbur etdi.

 

İnanın mənə, məqsədim rəqib komandaya və ya hakimə ziyan vurmaq deyildi. Heç kimi təhdid etməmişəm. Düzgün futbol üçün mübarizəmi davam etdirəcəm. Bir daha hamıdan üzr istəyirəm”.

 

PAOK-AEK qarşılaşmasında hesab 0:0 olan zaman, matça əlavə olunmuş dəqiqələrdə oyunun baş hakimi Saloniki təmsilçisinin qolunu saymamış, bundan qəzəblənən Savvidi isə üzərində silahla meydana daxil olmuşdu. Bundan sonra yerli azarkeşlər də meydançaya axışmış, oyun isə təxirə salınmışdı.

Tarix: 14 Mart 13:36    Oxunub: 187    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.