"Qəbələ"yə qarşı qəsd – Kürəkdən vurulub ürəkdən çıxan xəncər!

«Qəbələ»dən yenə də çox söz deməyə dəymir.

 

Ta ki, bu kollektivdə ciddi qərarlar verilməyincə, vəziyyət dəyişməyəcək.

 

Nisbi uğurlar, əslində, yerində sayan bir komandanın ilğım xəyalı olacaq. «Keşlə» ilə o oyun nrə idi? Oyun idi ki?

 

Hər dəfə belə oyunlara düşən komanda heç bir kənar təzyiq də olmadan özü özünü psixoloji mürəkkəb duruma salır. Nəticədə, kollektiv oyun forması ilə yanaşı, münasibətlərdəki təzadlar meydanda da özünü büruzə verməyə başlayır. Bu mənada «Keşlə» ilə məğlubiyyətə bərabər heç-heçə klassik ibrət dərsi oldu.

 

Əslində, paytaxtda keçirilən bu matç mövsümün ikinci tapmacasının yozulması baxımından böyük əhəmiyyət kəsb edirdi. Oyunun yekunu isə belə oldu: «Qəbələ»də sular hələ durulmayıb.

 

Komandanın sükançısı artıq dilemma qarşısındadır. Ya köklü oyun dəyişikliyi etməli, ya da artıq neçənci mövsümdü davam edən sabit, lakin durğun oyunla bağlı qəti qərarını verməlidi.

 

Əlbəttə, komandanın mövsüm ərəfəsi yenidən qurulmasına bənzər hadisələrin bir daha cərəyan etməsi növbəti quruculuq prosesini başlayıb. Lakin mövsümün yay dövründə səmərəli təlim-məşq üçün təbii püşkatma şəraitinin yaranması, Avropa kuboklarının özü optimal hazırlıq üçün yetərli olmayıbsa, vəziyyətin bir o qədər də sadə olmadığı aşkardı.

 

Əslində, köklü islahatlara başlamaq üçün elə bir səbəb görünmür. Çünki ara-sıra komandanın oyununda qığılcım hiss olunur. Fəqət ölkə çempionatında çempionluğa iddialı sayılan «Qəbələ» üçün bu, yetərli deyil. 

 

İlk baxışda problemlərin səbəbləri çox dərində deyil. Roman Qriqorçukla bir çox futbolçuların ulduzları barışmır. Aydın görünür ki, yola getmirlər. «Qəbələ»nin ardıcıl bir neçə oyununu seyr edən isənilən kəs mənimlə razılaşar ki, komanda üzvləri baş məşqçidən məmnun deyil və sanki texniki zonanın bir nömrəli adamının dəyişməsi üçün əllərindən gələni eləyirlər.

 

«Keşlə» nə komandadı ki, «Qəbələ» onunlda xalları yarı bölsün? Qonaqlar dünən 5-6 nəfərlə də meydana çıxsaydı, Bakıdan 3 xal dönərdi. İstəmirlər, bəli, istəmirlər! «Qəbələ»də istək yoxdu. Çempionluqdan söz edilmir, çünki qızıl medallardan əlini ötən ilin sentyabr-oktyabr aylarında üzmüş bir komandanı niyə bu qədər yuxarı qaldırmalıyıq?


Qriqorçuk bütün matç boyu qışqırır, göstərişlər verir, oyunun axarını dəyişməyə cəhd göstərir. Ukraynalını dinləyən kimdi? Görmədim birini. Ki, baş məşqçiyə qulaq assın. Futbolçulardakı bu məsuliyyətsizlik hissi bir günün içində yaranmayıb. Tədricən formalaşıb.

 

Hərə öz üçün oynayır, topu çox saxlayır, vaxtında ötürmə etmir. Birinci zonadakı anarxiya isə ümumiyyətlə, dəhşətdi! Qapıları səhv salan Voislav Stankoviç “Qəbələ”nin 2-ci uğursuzudu. Onadək Vitali Vernidub “Səbail”lə qarşılaşmada eyni uğursuzluğu yaşamışdı.

 

Bu göstəricidə antirekord “Keşlə”yə məxsusdu. Bakılılar 3 avtoqola üzülüb. “Sumqayıt”, “Zirə” və “Qarabağ” isə hərəyə 1 dəfə öz qapısına qol vurub.


Rəqib qolundan yararlananlara gəlincə, “Keşlə” 2-ci dəfə bu yolla sevinib. “Sumqayıt” daha çox – 3 belə qolu hesabına yazıbsa, “Səbail”, “Kəpəz” və “Neftçi”nin bir uğuru rəqibin xətası sayəsində gerçəkləşib.


Dünənki hakim Ömər Paşayev idi. Hansı ki, dərəcəsi FİFA referisi olsa da, əslində, məhəllə hakimi səviyyəsində birisidi. Gözəgəlimli boy-boxununa və ingilis dilini bilməsinə görə gətirib o medalı döşündən asıblar. Ağzındakı fit isə hakimliyin əlifbasından xəbərsizdi.

 

İkinci hissədə, 1:1-dən əvvəl Kamran Ağayevin Filip Ozobiçə qarşı cərimə meydançası daxilində etdiyi hərəkəit penalti idi. «Keşlə»nin qapıçsı xorvatiyalı yarımmüdafiəçiyə qarşı aşkar kobudluğa yol vermişdi. Ağayevin sürüşmə fəndi Ozobiçin ayaqlarını xıncım-xıncım edəcək qədər təhlükəliydi: baş hakimin düzgün qərar qəbul etməsinə kor eynəyi kömək edə bilərdi, onu da yadından çıxarıb otaqda qoymuşdu.


Vojislav Stankoviçin Sərhat Taşkının ayağına zərbə endirdiyi epizodda isə penalti fiti çalınmalıydı. Paşayev bir qədər öncə «Qəbələ»nin lehinə olan vəziyyəti düzgün qiymətləndirmədiyi üçün bu anda da «Keşlə»nin haqqını yedi. Amma onun məqsədi tamam başqa idi - 90 dəqiqəni 1:1-lə biirmək.

 

Ruslan Qurbanovun son saniyələrdə başla endirdiyi və toru silkələdiyi epizodu mübahisə ocağına çevirməyə dəyməz heç! Oyundankənarın kənarı da yox idi orda. Ofsayd bayrağını qaldıran laysmanın, ona inanmış kimi özünü göstərən baş hakimin təkcə idarəçiliyində deyil, əqli inkişafında də problemlərin olmasından şübhəli qalmadım. Bu, qəsd idi!


VÜQAR

Tarix: 14 Mart 13:12    Oxunub: 351    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.