Azərbaycanda klubların tifaqına belə od vururlar -VİDEO

Keşlə" və "Qəbələ" arasındakı Topaz Premyer Liqasının 20-ci tur matçında baş hakim Ömər Paşayevin iki epizodla bağlı qərarı mübahisəyə səbəb olub. 

 

Sportinfo.az xəbər verir ki, gənc FİFA referisi qarşılaşmanın 65-ci dəqiqəsində qonaqların müdafiəçisi Voyislav Stankoviçin öz cərimə meydanaçalarının daxilində paytaxt klubunun futbolçusu Sertan Taşkına qarşı kobud oyununa göz yumub.

 

Serbiyalı arxa xətt oyunçusu aşkar şəkildə 21 yaşlı müdafiəçinin ayağına zərbə vursa da, nə Paşayev, nə də yan xətt hakimi Mübariz Haşımov gözlərinin qarşısında baş verən qayda pozuntusunu qeydə alıblar.

 

Taşkın isə ayağından aldığı zərbədən sonra yerdə qalıb. O, həkim müdaxiləsindən sonra oyunu davam etdirə bilib.

 

Baş hakim 90+2-ci dəqiqədə də qonaq komandanın qolunu saymayıb. Halbuki, epizoda baxdıqda qolun müəllifi Ruslan Qurbanovun rəqib oyunçularla eyni xətt üzərində olduğu görünür. 
 

Tarix: 14 Mart 12:24    Oxunub: 322    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.