Maksimov "Keşlə"yə 1 futbolçu da aldırmayıb – Axundovu "vuracaq kozır"ı

"Keşlə"nin baş məşqçisi Yuri Maksimov istefa verəcəyi ilə bağlı yayılan xəbərlərin əsassız olmadığını təsdiqləyib.

 

Ukraynalı mütəxəssis bunu "CBC Sport" kanalına açıqlamasında deyib.

 

Dünən “Qəbələ” ilə 1:1 başa çatan matçdan sonra Maksimov canlı efirdə danışıb: "Bunun səbəbi var idi. Amma həmin səbəblər haqqında danışmaq istəməzdim".


Maksimovun Premyer Liqanın ötən turunda "Neftçi"yə məğlubiyyətdən sonra istefa verəcəyi haqda məlumat yayılmışdı. 


Sonradan bəlli oldu ki, o, bu fikrə klubun Müşahidə Şurasının sədri Zaur Axundovun paltardəyişmə otağında futbolçuları təhqir etməsindən sonra gəlib.


Patron qışqırıb-bağırmaqla kifayətlənməyib, Denis Silvanın üzərinə butılka fırladıb. O, bəzi futbolçuları qəsdən zəif oynamaqda suçlamaqla qabaqdangəlmişlik edib. Ürəyi soymayan Axundov komandanın altını üstünə çevirəcəyini bildirib.


Məsələ SOCAR səviyyəsində şişib. Maksimov xəbərdarlıq edib ki, bu hallara son qoyulmasa, Ukrayna mətbuatına çıxacaq və başına gələnləri bircə-bircə açıqlayacaq.

 

Baş məşqçinin «kozır»ı isə çox böyükdü – sən demə, qış fasiləsi zamanı edilən transferlərin biri də onun seçimi deyil. Alınan yeni futbolçular MŞ sədri Maksimovun köməkçisi Zaur İsmayılovun vasitəsilə «Keşlə»li olub.

 

SPORTİNFO,AZ

Tarix: 14 Mart 11:36    Oxunub: 402    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.