"Paşayevi tanıyıram, qardaşdı, amma idarəçiliyi pis oldu"

Premyer Liqanın 20-ci turunda "Keşlə" doğma meydanında "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib.

 

Sportinfo.az xəbər verir ki, oyundan sonra paytaxt klubunun hücumçusu Pərdis Fərcad-Azad oyun haqda danışıb:

 

- Bu gün yaxşı oynadıq. Qorxusuz çıxış etdik. İkinci hissədə meydanda daxil oldu. Oyunun nəticəsi ədalətli idi. 

 

"Keşlə"nin şansları daha çox oldu...

- Bizim daha çox qol epizodumuz oldu. Rəqib də fərqlənmək üçün şanslar yaratdı. Lakin bu hesab da ədalətli sayılmalıdır. Ancaq bəxtimiz gətirmədi.

 

İkinci hissədə meydanda tam fərqli "Keşlə" gördük. Baş məşqçi nə tapşırıqlar verdi ki, belə oldu?

- Mən paltardəyişmə otağında olmamışam, bilmirəm. Hesabda geri olduğumuz üçün irəli atıldıq. Komandamızda keyfiyyət var. Ancaq tam şəkildə göstərə bilmirik.

 

Keyfiyyəti nümayiş etdirmək üçün nə çatışmır?

- Dəqiq bilmirəm. Amma çox çalışırıq. 100 faiz oturuşmamışıq.

 

Oyuna daxil olandan sonra tez-tez mübahisə edirdin. Hakimliklə bağlı nə deyə bilərsən?

- Ömər Paşayevi tanıyıram, qardaşdı. Amma idarəçiliyi pis oldu. Vernidub məni bir neçə dəfə itələyirdi. Lakin hakim oyunu saxlamadı. Oyunda hər şey olur. Etirazlar, gərginlik. Qalib gəlmək istədiyin üçün özündə olmursan. Anlayışla qəbul edirəm.

Tarix: 14 Mart 10:48    Oxunub: 305    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.