“Xəzər Lənkəran”lı istefa verdi

“Qaziantepspor” klubunda baş məşqçi dəyişikliyi qeydə alınıb.

 

Sportinfo.az xəbər verir ki, Oqtay Dərəlioğlu xeyli müddətdi çalışdırdığı 1-ci liqa klubu ilə yollarını ayırıb.

 

Artıq klub rəhbərliyi onun istefasını qəbul edib. Qaziantep təmsilçisi hətta yeni baş məşqçi də tapıb. Dərəlioğlunu Faik Dəmir əvəzləyib.

 

Xatırladaq ki, Dərəlioğlu bu ilin yanvar ayında sözügedən komandaya baş məşqçi təyin olunmuşdu. Lakin onun bir müddət öncə heyətdəki əksər təcrübəli futbolçuları komandadan uzaqlaşdırması klub rəhbərliyi ilə fikir ayrılığına səbəb olub.

 

Belədə o, istefa vermək məcburiyyətində qalıb. O.Dərəlioğlu futbolçu karyerası dönəmində, 2004/05 mövsümündə “Xəzər Lənkəran”da oynayıb.

Tarix: 14 Mart 10:24    Oxunub: 262    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.