"Qarabağ"a 750 min avro qazandırdı, Çində nə etdi? - VİDEO

"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu Çinin "Xançjou Qrintaun" komandasının heyətindəki ilk rəsmi oyununda qol vurub.

 

Sportinfo.az xəbər verir ki, 28 yaşlı hücumçu I Liqada "Ney Monqol" komandası ilə ev oyununda fərqlənib.

 

O, 2:0 hesabı ilə qalib gəldikləri qarşılaşmanın 56-cı dəqiqəsində ilk qolun müəllifi olub. Cənubi afrikalı hücumçu yerli mətbuata açıqlamasında klubuna daha çox kömək etmək istədiyini bildirib:

 

"Debüt matçımdaca ilk qolumu vurduğum üçün çox məmnunam. O da vacibdir ki, istənilən mümkün narahatlığı pozdum. İndi özümü daha inamlı və növbəti oyunlarda daha yaxşı vəziyyətdə olacağımı hiss edirəm".

 

Gənc kollektivə malik olduqlarını deyən Ndlovu hazırkı heyətin cəmi 15 faizinin ötən mövsüm meydana çıxdığını vurğulayıb.

 

Bununla belə, təcrübəli forvard çətin işin öhdəsindən gələcəklərini əlavə edib. Martın 18-də keçiriləcək II tur matçında rəqib "Dalian Transsend" olacaq.

 

Dino Ndlovu "Xançjou Qrintaun"la yanvarın 20-də 2 illik müqavilə bağlayıb. Bu keçid qarşılığında "Qarabağ"a 750 min avro (1,5 milyon manat) ödənilib.

 

Tarix: 14 Mart 10:12    Oxunub: 418    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.