Millimizə gələ bilməyəcəyi üçün Qurbanovdan üzrxahlıq etdi

 Türkiyənin I Liqa klubu “Samsunspor”un futbolçusu Ufuk Budak Azərbaycan millisinin mart toplanışında iştirak edə bilməyəcək.

 

Sportinfo.az xəbər verir ki, XXVII turda səfərdə “Qaziantepspor”a 1:2 hesabı ilə uduzduqları görüşdə qasıq nahiyyəsində problem yaranan 28 yaşlı sol cinah müdafiəçisi yığmanın düşərgəsinə gələ bilməyəcəyi üçün üzrxahlıq edib.

 

Onun zədə üzündən martın 18-də “Boluspor”la səfər matçında da iştirak etməyəcəyi bildirilir. Budakın aprelin 1-də XXIX turda “Adanaspor”la səfər oyununda oynaya biləcəyi ehtimal edilir.

 

Daha əvvəl Türkiyə mətbuatı Qurban Qurbanovun Ufuk Budakı martın 23-də Belarus, 4 gün sonra isə Makedoniya yığmaları ilə keçiriləcək yoldaşlıq oyunları üçün milliyə dəvət etdiyini yazıb.

Tarix: 14 Mart 10:00    Oxunub: 382    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.