"Sumqayıt" Azərbaycanda iki komandadan biridi"

Premyer Liqanın 20-ci turunda "Keşlə" "Qəbələ"ni qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Sportinfo.az xəbər verir ki, matçdan sonra meydan sahiblərinin müdafiəçisi Slavik Alxasov bu haqda danışıb:

 

- Ədalətli nəticə elə heç-heçə idi. Çünki rəqib də bizi kimi hücumlar etdi. Qarşılıqlı hücumlar şəraitində keçən baxımlı görüş oldu. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. "Qəbələ"nin də hücumları kəsərli idi.

 

"Neftçi" ilə oyunda son dəqiqə qoluyla məğlub olduqdan sonra bu matça köklənmək necə alındı?

- Yığışdıq, toplantı oldu. O oyunu unutduq və bu matça hazırlaşdıq. Toparlana bildik. Müşahidə şurasının rəhbəri Zaur Axundov da bizi ruhlandırdı.

 

Mübahisəli epizodlar da bu qarşılaşmada çox oldu. Sertan Taşkının ayağına Vrəqib müdafiəçi zərbə vursa da hakim ağ nöqtəni göstərmədi. Oyunun son anlarında isə "Qəbələ"nin qolu ofsayd səbəbiylə qeydə alınmadı...

- Hakim yaxşı idi. Səhv hamıda olur. Mən şəxsən razı qaldım.

 

"Keşlə"nin oyunu pis deyil. Lakin komandanın tam oturuşmadığı hiss olunur...

- Hələ yavaş-yavaş uyğunlaşırıq. İlk oyunla bu matçı müqayisə edəndə fərqi görmək mümkündür. İrəli xəttdə Sezar Meza Kolli və Herve Tçami kimi yaxşı futbolçularımız var. Topla yaxşı oynayırlar. Bir-birimizə öyrəşirik.

 

Qış fasiləsində komandaya gələn Ebrima Sohna, Andre Klennon, Pablo Podio kimi futbolçular güclərini göstərə bilmirlər....

- Baş məşqçinin işidir. Onların da oyunu yaxşıdır. Ancaq məşqçinin işinə qarışa bilmərəm. Qərarlaı o verir.

 

"Keşlə" ölkə kubokunda "Sumqayıt"la qarşılaşacaq. Bütün gücünüzü ora sərf edəcəksiz?

- Əlbəttə. "Sumqayıt" Azərbaycanda iki komandadan biridir. Hava mübarizələrində də yaxşı oynayırlar. Məşqçiləri çox aqressiv, istəkli və tələbkardır. Çox güclü çalışdırıcıdır. Mən özüm də Samir Abasovun rəhbərliyi altında "gənclik şəhəri" təmsilçisində top qovmuşam. Rəqib güclüdür. Bizim məqsədimiz finala adlamaqdır. "Sumqayıt"ın da hədəfi bizim kimidir. Hər iki komanda kuboka hazırlaşır.

 

Qış fasiləsindən sonra "Sumqayıt"ın biləyini bükən tapılmayıb. Siz nə edəcəksiz?

- "Sumqayıt" yaxşı kollektivdir. Artıq onlar oturuşmuş heyətə sahibdirlər. Samir müəllim elə heyət formalaşdırıb ki, hamı öz yerini meydanda yaxşı tanıyır. Samir Abasovu çox yaxşı tanıyıram, həqiqətən də əla mütəxəssisdir.

 

Samir Abasovu ağızdolusu təriflədin. Bəs Yuri Maksimovla işləmək necədir?

- Güclü mütəxəssidir. İstəyir ki, bütün oyunlara ciddi hazırlaşaq. Komandada ab-hava formalaşdırmaq üçün çalışır. Düşüncəm müsbətdi.

Tarix: 14 Mart 09:24    Oxunub: 272    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.