"Çörəyimizi əlimizdən aldılar"

Məlum olduğu kimi, Formula-1 rəhbərliyi bundan sonra avtopilotları yarış meydanına müşayiət edən “grid-girls”, yəni “start qızları”nın xidmətlərindən yararlanmamaq qərarına gəlib.

 

Sportinfo.az xəbər verir ki, onillər ərzində mövcud olmuş ənənəni femministlər “istismar”a bərabər tutub;

 

ittihamlardan sonra Formula-1 direktoru Şon Bratçes bu ənənənin “brendin dəyərlərinə və müasir sosial normalara” zidd olduğunu bəyan etmişdi.

 

“Ferrari” pilotu Sebastyan Fettel bunun cəfəngiyyat olduğunu söyləyib.

Çempionatın keçmiş rəhbəri Berni Eklstoun və “Mercedes”in direktoru Niki Laud da onunla bu məsələdə həmrəydir.

“Start qızları” feministlərin bu yolla qadın haqlarının müdafiəsinə qalxmasını pisləyib.

Britaniyalı model Loren Ceyd Poup  “grid-girls” təcrübəsinin ləğv olunması qərarını belə şərh edib:

“Feministlər çörəyimizi əlimizdən aldı. Uzun illərdir ki, “start qızı”yam, bu vəzifəni yerinə yetirən zaman heç vaxt diskomfort hiss etməmişəm. Öz işimi sevirəm. Belə olmasaydı, bu işlə məşğul olmazdım. Heç kim bizi buna məcbur etmir. Bu, öz seçimimizdir”.

“Özümə bu sualı verirəm, feministlər, həqiqətənmi, digər qadınların qeydinə qalır, yoxsa bu, paxıllıqdan irəli gəlir?”, - deyə başqa bir start qızı Oliviya rouz Hayvard gileylənib.

“Grid-girl” Rebekka Kuper isə öz işini sevdiyini və iş başında olan zaman təhqirlər və kişilər tərəfindən nalayiq hərəkətlərlə qarşılaşmadığını deyir.

“Labüd hadisə baş verdi. “Grid-girls” ləğv olundu. Başqa qadınların haqları uğrunda mübarizə apardığını iddia edən qadının başqasının başına ağıl qoyması, bizə sevdiyimiz, qürur duyduğumuz işimizi görməyə imkan verməməsi çox gülüncdür”, - deyə model bildirib.

Tarix: 14 Mart 01:00    Oxunub: 577    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyul 2018
17 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.