Sahib Ələkbərov Avropa Velosipedçilər Birliyinin yeni prezidentini seçdi

İsveçrəli Rokko Kattaneo Avropa Velosipedçilər Birliyinin yeni prezidenti seçilib.

 

Sportinfo.az xəbər verir ki, İstanbulda təşkil olunan sayca 31-ci konqresdə quruma üzv olan 50 milli federasiyadan 44-nün nümayəndələri iştirak ediblər.

 

Seçkiyə AzVİF-in 1-ci vitse-prezidenti, UEC-nin rəhbər komitəsinin üzvü Sahib Ələkbərov və baş katib Fərhad Əliyev də qatılıblar.
 
Bunadək Avropanın ali velosiped qurumunun vitse-prezidenti vəzifəsində olan Rokko Kattaneonun səlahiyyət müddəti 2021-ci ilə qədər nəzərdə tutulub.

 

O, UEC-nin keçmiş prezidenti David Lappartyenin ötən ilin sentyabrında Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) rəhbəri seçilməsindən sonra UEC-in prezidenti vəzifəsini icra edirdi.
 
Rokko Kattaneonun prezident seçilməsindən sonra boş qalan vitse-prezident postu danimarkalı Henrik Jess Yansenə həvalə edilib. Bundan başqa, britaniyalı Alasdair Maklennan UEC-nin rəhbər komitəsinin üzvlüyünə qəbul edilib.
 
Burda prezident daxil olmaqla, cəmdə üvz  7 nəfərdən ibarətdir və qitədə velosiped idmanı ilə bağlı bütün mühüm qərarlar məhz onlar tərəfindən verilir.

 

Konqres zamanı Rokko Kattaneonun təklifi ilə David Lappartyen UEC-in fəxri prezidenti təyin edilib. Növbəti toplantısı 2019-cu ilin martında Romada olacaq.

Tarix: 14 Mart 00:40    Oxunub: 180    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.