Azərbaycan klubu ÇL-də növbəti xalını ərəblərdən qazandı

Asiya Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktorsazi” də bu turnirdə növbəti matçına çıxıb.

 

Türkiyəli mütəxəssis Ərtoğrul Sağlamın çalışdırdığı Təbriz klubu bu dəfə doğma meydanda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” komandası ilə üz-üzə gəlib. Təbrizlilər bu görüşdən heç-heçə ilə ayrılıblar - 1:1.

 

“Traktorsazi” ilk turda doğma meydanda Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Əhli”yə 0:1, ikinci turda isə səfərdə Qətərin “Əl-Qarafa” klubuna uduzmuşdu - 0:3.

 

Təbriz klubu ilk xalını ötən tur məhz “Əl-Cəzirə” ilə səfər oyununda qazanmışdı - 0:0. A qrupunda yer alan “Traktorsazi” hazırda 2 xalla sonuncudu. Təbriz təmsilçisi növbəti matçını aprelin 3-də səfərdə “Əl-Əhli”yə qarşı keçirəcək.

Tarix: 14 Mart 00:00    Oxunub: 177    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.