“Təəssüf ki, onun baş məşqçisi Mourinyodu”

“Kristal Pelas”ın sabiq baş məşqçisi Frank de Bur “Mançester Yunayted”in futbolçusu Markus Reşford barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, Frank de Bur Reşfordu istedadlı futbolçu kimi xarakterizə edib.

 

Ancaq onun baş məşqçisinin Joze Mourinyo olmasına görə təəssüfləndiyini də bildirib: “Reşford hələ gəncdi.

 

O, səhv edə-edə inkişaf etməlidi. Təəssüf ki, onun baş məşqçisi Mourinyodu. Mourinyo bu amili nəzərə almayacaq. Ona nəticə lazımdı.

 

Reşford bir-iki uğursuz oyun keçirsə, onda ehtiyatda oturacaq. O, olduqca istedadlıdı və daim meydanda olmalıdı ki, təcrübə toplasın. Ona hər həftə nəzarət edilməlidi”.

Tarix: 13 Mart 21:00    Oxunub: 318    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.