Yayılan son xəbərlər klub prezidentini özündən çıxarıb

Son vaxtlar dünya mətbuatında Neymar haqda yayılan xəbərlər PSJ-nin prezidenti Nasser Əl-Xəlafini özündən çıxarıb.

 

Sportinfo.az xəbər verir ki, qətərli iş adamı söz-söhbətə son qoymaq üçün yaxın günlərdə Braziliyaya gedəcək.

 

Əl-Xəlafi əməliyyatdan sonra bərpa dövrünü vətənində keçirən Neymarı həm ziyarət edəcək, həm də gələcək karyerası ilə bağlı onunla ətraflı danışacaq. PSJ-nin sahibi klubla 2022-ci ilə qədər müqaviləsi olan braziliyalının yayılan xəbərlərlə bağlı fikrini öyrənəcək.

 

Mövsümün əvvəlində 222 milyon avro qarşılığında “Barselona”dan transfer olunan Neymarın sabiq klubuna qayıtmaq istədiyi bildirilir.

 

Digər iddiaya görə isə o, PSJ-yə qayıtmaq istəmədiyi və menecerliyini edən atasına “Real”la danışıqlara başlamasını istədiyini söyləyib.

Tarix: 13 Mart 20:48    Oxunub: 277    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.