"Mən heç kimi məcbur edə bilmərəm ki, “Atletiko”nu sevsin"

“Atletiko”nun kapitanı Qabi Fernandes Antuan Qrizmannın bu mövsümün sonu başqa kluba mümkün transferinə münasibət bildirib.

 

Sportinfo.az xəbər verir ki, o deyib:

 

“Qrizmann xüsusi oyunçudur, burda onu hamı sevir. Əgər Antuan komandamızı tərk etmək istəsə, onun qərarına hörmətlə yanaşacağıq. Mən heç kimi məcbur edə bilmərəm ki, “Atletiko”nu sevsin.

 

Onu da başa düşürəm ki, “Atletiko” bütün oyunçuların ürəyində ola bilməz. Nə qədər ki, Qrizmann komandamızdadır və uğurumuz üçün çalışır, o, müdafiə olunmağı da haqq edir”.

Tarix: 13 Mart 20:12    Oxunub: 171    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.