Premyer Liqanın oyununda FIFA referisinin yol verdiyi kobud səhv - VİDEO

FIFA referisi Ömər Paşayev Premyer Liqanın XX turu çərçivəsində “Keşlə” və “Qəbələ” komandaları arasında keçirilən oyunda kobud səhvə yol verib.

 

Sportinfo.az xəbər verir ki, baş hakim qarşılaşmanın 65-ci dəqiqəsində qonaqların müdafiəçisi Voislav Stankoviçin öz cərimə meydançalarının daxilində paytaxt klubunun futbolçusu Sertan Taşkına qarşı kobud oyununa göz yumub.

 

Serbiyalı arxa xətt oyunçusu aşkar şəkildə 21 yaşlı müdafiəçinin ayağına zərbə vursa da, nə Paşayev, nə də yan xətt hakimi Mübariz Haşımov gözlərinin qarşısında baş verən qayda pozuntusunu qeydə almayıblar.

 

Taşkın isə ayağından aldığı zədədən sonra yerdə qalıb. O, həkim müdaxiləsindən sonra oyunu davam etdirə bilib.

 

Tarix: 13 Mart 19:36    Oxunub: 453    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.