"Bavariya" 3 futbolçusunu "Beşiktaş"la oyuna aparmadı

"Bavariya" ürkiyədə "Beşiktaş"la keçirəcəkləri Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə 3 futbolçusunun xidmətindən yararlanmayacaq.

 

Sportinfo.az xəbər verir ki, bunlar Kinqsli Koman, Korentin Tolisso və Aryen Robbendi.

 

Hər 3 oyunçu İstanbula yollanan heyətdən kənarda saxlanılıb. Ümumilikdə heyətdə 19 futbolçu yer alıb.

 

"Bavariya"nın 5:0 hesablı qələbə qazandığı ilk görüşdə ikinci qolu 53-cü dəqiqədə Koman vurub. O, 81-ci dəqiqədə yerini Frank Riberiyə verib. Robben 44-cü, Tolisso isə 83-cü dəqiqədə meydana çıxıb.

 

Martın 14-də "Wodafone Park"da keçiriləcək "Beşiktaş" - "Bavariya" matçını ingiltərəli baş hakim Maykl Oliver idarə edəcək. 

Tarix: 13 Mart 19:12    Oxunub: 199    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.