Azərbaycanlı futbolçular toyda içdilər, oyuna getmədilər

AFFA-nın keçirdiyi Region Liqasının “Oğuz” – “Şirvan” (Ağdaş) matçının təxirə salınmasının səbəbi bilinib.

 

Sportinfo.az xəbər verir ki, səbəb Ağdaş komandasının bəzi oyunçularının zəhərlənməsi olub.

 

Bu barədə oxu.az-a komandanın kapitanı Rəhman Əliyev bildirib: “Oyundan bir gün əvvəl bəzi futbolçularımız toy məclisində iştirak etmişdi.

 

Onlar orada həddindən çox spirtli içki qəbul etdiklərinə görə özlərini pis hiss etmişdilər. Buna görə onların bir gün sonra oyun üçün Oğuza getməsi mümkünsüz idi.

 

Komandada soyuqlayan futbolçular da vardı. Buna görə AFFA-ya yazılı şəkildə müraciət edib, oyunumuzun təxirə salınmasını xahiş etdik. Onlar da sağ olsun ki, bu xahişimizi dəyərləndilər”.

Tarix: 13 Mart 19:00    Oxunub: 624    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyul 2018
17 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.