"Oyundan sonra söhbət etdim, səhvlərini başa saldım"

“Müxtəlif səviyyəli komandalar oynayırdı. “Qəbələ” bizdən qat-qat üstün komandadı”.

 

Sportinfo.az xəbər verir ki, bu sözləri “Keşlə”nin baş məşqçisi Yuri Maksimov deyib.

 

Paytaxt təmsilçisi Topaz Premyer Liqasının 20-ci turunda öz meydanında “Qəbələ”ni qəbul edib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən ukraynalı çalışdırıcı fikirlərini bildirib:

 

- Bu gün çox istəkli idik. Bunun sayəsində 1 xal qazandıq. Belə oyuna görə uşaqlara təşəkkür edirəm.

 

Rəqib komandanın baş məşqçisi hakimlərin kobud səhvlərə yol verdiyini bildirdi. Sizin bu məsələyə münasibətiniz necədi?

- Yəqin ki, bu nəticə rəqibin baş məşqçisini çox əsəbiləşdirib. Bu, normaldı. Mən hakimlik barədə danışmaq istəmirəm. Hakimlər ciddi səhvə yol vermədilər. 

 

Oyundan sonra Vaqif Cavadova iradlarınızı bildirdiniz. Bu, nə ilə bağlı idi?

- Hansısa iradım yox idi. Oyundan sonra Məqsəd İsayevlə söhbət etdim, səhvlərini başa saldım. Başqa problem yox idi.  

 

Roman Qriqorçukla Ukraynada da rəqib olmusuz. Prinsipiallıq yox idi ki?

- Ukraynada da görüşmüşük. Prinsipiallıq yoxdu. Fərq odu ki, indi başqa çempionatda üz-üzə gəlirik.

Tarix: 13 Mart 18:12    Oxunub: 314    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyul 2018
17 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.