"Markusun məşqçisi Frank olsaydı, o, məğlub olmağı öyrənəcəkdi"

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo Frank de Burun cavabını verib.

 

Sportinfo.az xəbər verir ki, Mourinyo De Burun fikirlərini ironiyalı ifadələrlə cavablandırıb.

 

Frank bildirmişdi ki, Markus Reşfordun məşqçisinin Mourinyo olmasına görə təəssüflənir. Portuqal mütəxəssisin cavabı belə olub:

 

“O deyib ki, Reşfordun mənim kimi məşqçisi olmasına görə təəssüflənir. Ona görə ki, mənim üçün əsas hədəf qalib gəlməkdi.

 

Markusun məşqçisi Frank olsaydı, o, məğlub olmağı öyrənəcəkdi. Çünki De Bur bütün oyunlarda məğlub olub”.

 

De Bur mövsümün startında - baş məşqçisi olduğu “Kristal Pelas” 7 oyun ardıcıl məğlub olduqdan sonra klubdan qovulmuşdu. Bu qarşılaşmalarda komanda bir qol da vura bilməmişdi.

Tarix: 13 Mart 16:48    Oxunub: 224    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.