"Qarabağ”la Romadakı oyunu təhlil etsək, xoşbəxtliyə əsasımızın olduğunu görərik"

“İlk oyunda Fereyra və Fredin vurduğu qollar işimizi çətinləşdirdi. İndi məqsəd vəziyyəti lehimizə çevirməkdi”.

 

Sportinfo.az xəbər verir ki, bunu “Roma”nın idman direktoru Ramon Monçi deyib.

 

“Canavarlar” Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində Ukraynada 1:2 hesabı ilə məğlub olduğu “Şaxtyor”u bu gün öz meydanında qəbul edəcək.

 

Oyunöncəsi fikirlərini bildirən Monçi qrup mərhələsindəki uğurlu çıxışın davamını arzuladıqlarını söyləyib:

 

“Qrup mərhələsində “Çelsi”, “Atletiko” və “Qarabağ”la Romada keçirdiyimiz oyunları təhlil etsək, xoşbəxtliyə əsasımızın olduğunu görərik. Ümid edirik ki, həftə sonuna daha müsbət ab-havada girəcəyik.

 

“Şaxtyor”la görüşün nəticəsi güclü rəqiblərin yer aldığı qrupu birinci pillədə başa vurmağımıza dəyməlidi. Əlbəttə ki, ilk hədəfimiz 1/4 finala adlamaqdı”.

 

 

“Roma” ÇL-in qrup mərhələsində öz meydanında “Çelsi”ni 3:0, “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib, “Atletiko” ilə qolsuz bərabərə qalıb (apasport.az).

Tarix: 13 Mart 15:48    Oxunub: 304    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyul 2018
17 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.