Azarkeşə tüpürən veteran futbolçu 1 milyonluq işindən qovuldu!

“Liverpul”un əfsanəvi müdafiəçisi Ceymi Karrager “Sky Sports” kanalından işdən azad edilib.

 

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın son turunda “Liverpul”un səfərdə “Mançester Yunayted”ə uduzduğu matçdan sonra (1:2) Karrager “qırmızı şeytanlar”ın fanatlarından birinin ona atmaca atmasını həzm etməyib.

 

Karrager maşınının şüşəsini aşağı endirərək azarkeşə tərəf tüpürüb. Bu olayın kameralra həkk olması isə hadisəni daha da geniş yayılmasına səbəb olub.

 

Karragerin kanalda illik qazancı 1 milyon funt-sterlinq idi. "Sky Sports" daxilində keçirilən iclasdan sonra İngiltərə millisinin keçmiş üzvü işdən azad edilib.

Tarix: 13 Mart 15:24    Oxunub: 204    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.