“Təxminən 10-a yaxın futbolçu klubdan FIFA-ya şikayət edib"

“Qarabağ”ın sabiq hücumçusu Reynaldo Silva qış transfer dönəmində üz tutduğu “Aktobe”dən ayrıla bilər.

 

SportİNFO.az xəbər verir ki, buna səbəb Qazaxıstan klubunun müflis olma həddinə gəlib çıxmasıdır.

 

FIFA bir neçə futbolçuya borcu olan “Aktobe”nin yeni transferlərini qeydiyyatdan keçirməsinə icazə vermir.

 

"Aktobe" Premyer Liqanın ilk turunda “Kaysar”la səfər oyununa ötənilki və əvəzedici heyətdən cəlb olunmuş futbolçularla çıxıb.

 

“Aktobe”nin baş direktoru Samat Smakov açıqlamasında futbolçulara və şirkətlərə borclarının olduğunu deyib: “Təxminən 10-a yaxın futbolçu klubdan FIFA-ya şikayət edib.

 

Yeganə çıxış yolumuz yeni sponsor və kluba dəstək verəbiləcək şəxslər tapmaqdır. Əgər borcları qaytara bilməsək, “Aktobe”nin müflis olduğunu açıqlamalı olacağıq”.

Tarix: 13 Mart 15:12    Oxunub: 234    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.