"Keşlə"ni Zaur Axundovurun telefon zəngi uduzdurub - OLAY!

Yuri Maksimov bu gün «Keşlə»dən növbəti dəfə istefa verə bilər.

 

«Qəbələ» ilə qarşılaşmanın nəticəsi çox mətləblərə aydınlıq gətirəcək.


Çünki «Keşlə» Premyer Liqanın ötən turunda məğlubiyyətlə üzləşdi. Ruslan Abışovun son dəqiqələrdə uvrduğu qola «Neftçi» paytaxt derbisni qazandı.
 
Matçdan sonra sabiq «bankirlər»in baş məşqçisi Yuri Maksimov istefa verməyə hazırlaşmasına açıq eyham vurdu. Ukraynalı mütəxəssis «ola bilsin ki, bu, axırıncı oyunum idi» deyərək, mətbuat konfransından ayrıldı.
 
Düzdü, klub rəhbərliyi mediaya ötürdüyü son xəbərdə Maksimovun vəzifəsini tərk etməyəcəyini bildirib. Ad çəkitlmədən KİV-ə sızdırılan informasiyada qeyd olunub ki, o, komandanı mövsümün qalan oyunlarında da meydana çıxaracaq.

 

Lakin qərarın dəyişməsi o demək deyil ki, «Keşlə»də ab-hava sabitdi. Tam əksinə. İndi yalnız Maksimov deyil, futbolçuların da Zaur Axundovla münasibətlərində də dərin çatlar əmələ gəlib.
 
Müşahidə Şurasının sədri derbi matçından sonra paltardəyişmə otağına gələrək, komanda üzvlərinin üzünə bir batman balla udulmayacaq ağır sözlər deyib.
 
Gözünü yumub, ağzını açan Axundov leksikonundakı «gözəl ifadələr»in bir çoxuna «müraciət edib». Bununla hirsi soymayan patron braziliyalı müdafiəçi Denis Silvanın üzərinə şüşə butulka fırladıb.


Sportinfo.az-ın məlumatına görə, cənubi amerikalı legionerin əvəzlənməsi təsadüf deyilmiş.

 

Düzdü, Maksimov mətbuat konfransında onu 84-cü dəqiqədə meydandan alıb, Məqsəd İsayevi yerinə buraxmaqla səhv etdiyini deyib. Ancaq ukraynalı bunu qəsdən və ya özbaşına etməyib.

 

Denis Silva VİP-lojadan gələn aramsız telefon zənglərindən sonra kənara alınıb. MŞ-nın sədri baş məşqçinin köməkçisi Zaur İsmayılovla əlaqə saxlayaraq, braziliyalının dəyişdirilməsini istəyib. Maksimovu hiddətləndirən də budu - o, Axundovun tapşırığını yerinə yetirməsini özünə bağışlaya bilmir.

Tarix: 13 Mart 15:00    Oxunub: 638    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.