"Sauthempton" baş məşqçisini istefaya göndərib

"Sauthempton" baş məşqçi Maurisio Pelleqrino ilə yollarını ayırmaq qərarına gəlib.

 

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Bəyanatda bildirilir ki, komandanı Pelleqrino ilə birgə onun köməkçiləri Karlos Kompanççi və Ksavye Tamarit də tərk edəcək.

 

Klub 30 turdan sonra 28 xalla turnir cədvəlində 17-ci yerdə qərarlaşıb. Argentinalı mütəxssis bu postda ötən il Klod Püeli əvəz edib.

 

45 yaşlı məşqçi "müqəddəslər"lə üç il müddətinə müqavilə imzalayıb, lakin komanda rəhbərliyi müqaviləni vaxtından əvvəl pozmaq qərarına gəlib.

Tarix: 13 Mart 13:36    Oxunub: 206    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.