Azərbaycan millisinə dəvət olunan futbolçuda problem yarandı

Azərbaycan milli komandasına dəvət alan Türkiyənin I Liqa klubu “Samsunspor”un futbolçusu Ufuk Budak zədələnib.

 

Sportinfo.az xəbər verir ki, 28 yaşlı sol cinah müdafiəçisinin XXVII turda səfərdə “Qaziantepspor”a 1:2 hesabı ilə uduzduqları görüşün 66-cı dəqiqəsində qasıq nahiyyəsində problem yaranıb.

 

"Samsunspor”un həkimi Mehmet Özden bildirib ki, Budakın martın 18-də “Boluspor”la ev qarşılaşmasında meydana çıxıb-çıxmayacağı aparılacaq müayinələrdən sonra bəlli olacaq.

 

Futbolçunun zədəsi ciddi olacağı halda, onun Azərbaycan yığmasının mart toplanışına qatılması da sual altına düşəcək.

 

Qurban Qurbanovun rəhbərlik etdiyi milli martın 23-də Belarus, 4 gün sonra isə Makedoniya yığmaları ilə yoldaşlıq oyunları keçirəcək.

 

 Ufuk Budak Robert Prosineçkinin Azərbaycan yığmasına rəhbərlik etdiyi 3 il ərzində yalnız bir oyunda forma geyinib. O, uzun müddətdir milliyə çağırılmır.

 

Üstəlik, sol cinah müdafiəçisi Türkiyə Futbol Federasiyasında Türkiyə vətəndaşı kimi qeydiyyatdan keçib. Bu amil də onun yığmanın düşərgəsinə qoşulmaq ehtimalını azaldır.

Tarix: 13 Mart 13:24    Oxunub: 367    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.